- ŞəhərSumqayıt
- Yaş25 – 65 yaş
- TəhsilAli
- İş təcrübəsi1 ildən 3 ilə qədər
- Elanın tarixiİyun 12, 2023
- Bitmə tarixiİyul 12, 2023
- Əlaqədar şəxsFidan Ashumova
İş barədə məlumat
– AR rayonlarında tikiləcək yanacaq doldurma məntəqələrində yerinə yetirilən işlərə nəzarət və rəhbərlik edilməsi
– Sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi
– Tenderlərin qiymətləndirilməsi, yerinə yetirilmiş işlər üçün təhvil-təslim aktının sənədləşdirilməsinin layihə koordinatoru ilə birlikdə tərtib edilməsi, sifarişçinin imzalaması üçün hazırlanması
– Sifarişçiyə həftəlik raport göndərilməsi üçün müvafiq fotoşəkillərlə tərtib edilmiş raportları layihə koordinatoruna göndərməlidir
– İşlərin yüksək keyfiyyətlə, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi
İşçi üçün şərait:
– Bazar günü işlədiyi günlərin əmək haqqısı ödəniləcək
– Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir
– Rayonda olduqda səhər, nahar və axşam yeməyi, telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir
– Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir
– İş günləri 6 günlük iş həftəsi, saat 09:00-dan –18:00-dək təyin edilir
– Bazar günü və bayram günlərində işlədikdə bu günlərin dəyəri əlavə olaraq ödənilir
Namizədə tələblər
– Minimum 3 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı
– İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı
– Tenderlərin qiymətləndirilməsi, təhvil aktlarını tərtib etməyi və layihəyə nəzarət bacarığına malik olmalı
– Kompüter biliklərinə (word, excel, outlook və s.) malik olmalıdır
– Layihələndirmə işləri üçün proqramları bilməsi arzuolunandır (Autocad, Archicad, Tekla Structural)
– Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir
– B kateqoriya sürücülük vəsiqəsinin olması arzuolunandır